AZ

Ankara Universitetinin professoru: Konstitusiyalar dövrün tələblərinə uyğunlaşdırıla bilər

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Konstitusiya hər bir dövlətin hüquqi, siyasi və mənəvi dayağıdır. O, cəmiyyətin dəyərlər sistemini, dövlətin idarəçilik modelini və insanla dövlət arasındakı münasibətlərin əsas prinsiplərini müəyyən edir. Lakin zaman dəyişdikcə, cəmiyyət inkişaf etdikcə, yeni sosial, iqtisadi və texnoloji reallıqlar meydana çıxır.

AZƏRTAC xəbər verir ki, bunu “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” adlı paneldə Ankara Universitetinin professoru Cavid Abdullazadə deyib.

O qeyd edib ki, konstitusiyalar da təkamül edir. Onlar sabitlik rəmzi olmaqla yanaşı, canlı və dinamik bir sənəd kimi dövrün tələblərinə uyğunlaşdırıla bilər. “Yaşayan konstitusiya o deməkdir ki, əsas qanun yalnız yazıldığı tarixin məhsulu deyil, həm də hər bir dövrün insanının ehtiyaclarını, dəyərlərini və çağırışlarını əks etdirən canlı bir sistemdir. Bu gün dünyamız rəqəmsal transformasiya, süni intellektin inkişafı, iqlim dəyişiklikləri, sosial bərabərlik məsələləri olmaqla bir çox yeni çağırışlarla üz-üzədir. Bütün bunlar hüquqi düşüncənin yenilənməsini və konstitusiya prinsiplərinin bu reallıqlara uyğunlaşdırılmasını tələb edir. Lakin bütün dəyişikliklərin mərkəzində insan və onun ləyaqəti dayanmalıdır. Çünki Konstitusiyanın əsas fəlsəfi dayağı insan ləyaqətinə hörmətdir. Beləliklə, konstitusiyanın inkişafı sadəcə hüquqi zərurət deyil, həm də insan mərkəzli dövlətçilik fəlsəfəsinin təzahürüdür. Hər bir dövrün konstitusiyası öz xalqının dəyərlərini, zamanın çağırışlarını və gələcəyə olan inamını ifadə etməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr