AZ

Tələbə təqaüdlərində artım olacaq?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Tələbə təqaüdlərinin artırılması məsələsi sosial rifah siyasətinin mühüm tərkib hissəsidir. Son illər dövlət tərəfindən gənclərin maddi təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb. Bu baxımdan 2026-cı ilin yanvar ayından etibarən təqaüdlərin yenidən nəzərdən keçirilməsi real görünür”.Bunu təhsil eksperti Qoşqar Məhərəmov Demokrat.az-a açıqlamasında bildirib.Ekspert əlavə edib ki, təhsil xərclərinin artması, inflyasiya və yaşayış səviyyəsinin yüksəlməsi bu qərarı daha da aktuallaşdırır:“Təqaüdlərin artırılması həm də tələbələrin təhsilə motivasiyasını yüksəldən əsas amillərdən biridir. Artım olarsa, bu, orta hesabla 15–25 faiz intervalında ola bilər. Xüsusilə sosial həssas qruplardan olan tələbələr üçün əlavə dəstək mexanizmlərinin tətbiqi məqsədəuyğun sayılır. Bununla yanaşı, dövlət və özəl sektor arasında birgə təqaüd proqramlarının genişləndirilməsi vacibdir. Hazırda bir çox universitetlərdə sosial yardım fondlarının yaradılması da bu istiqamətdə atılan addımlardandır. Təqaüdlərlə yanaşı, tələbələr üçün təhsil kreditlərinin şərtlərinin yumşaldılması və faiz subsidiyasının tətbiqi də mühüm güzəşt hesab olunur. Gələcəkdə tələbələrin yataqxana xərclərinə dövlət dəstəyi göstərilməsi məsələsi də gündəmdə ola bilər. Bütün bu tədbirlər gənclərin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Tələbələr maddi sıxıntılardan azad olduqda, əsas diqqətlərini bilik və bacarıqların inkişafına yönəldə bilirlər. Təqaüdlərin artırılması və güzəştlərin genişləndirilməsi təhsil siyasətində insan kapitalının gücləndirilməsinə xidmət edir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr