Türkiyəli məşhur aktrisa Sümeyye Aydoğanın yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, aktrisa yeni başlayacaq “Yeraltı” serialında rol alacaq.
O, ekran işində “Sultan” obrazına həyat verəcək. “Now TV”-də yayımlanacaq layihənin çəkilişləri dekabrda başlayacaq.
Qeyd edək ki, 26 yaşlı aktrisa karyerası ərzində “Sadakatsiz”, “Duy Beni”, “Gaddar” və “Sustalı Ceylan” kimi seriallarda çəkilib.