AZ

Əhmədlidəki sürüşmə zamanı ərazidə nəqliyyat vasitəsi olsaydı, ciddi fəsadlar yarana bilərdi - Coğrafiya İnstitutu açıqladı

BAKI, 12 noyabr. TELEQRAF

“Həmin ərazi 45 dərəcə meyilli, çox dik bir yamacdır. Torpaq sonradan gətirilib. İynəyarpaqlı küknar ağacları əkilib. Bu ağaclar zəif kötüyə malik ağaclardır. Həmçinin borulardan suyun sızması, alt qatlarda su keçirməyən layların olması torpağın sürüşməsinə səbəb olub”.

Bu sözləri Teleqraf-a açıqlamasında Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, ərazidə pərakəndə və nəzarətsiz suvarma, düzgün ağaclandırma sisteminin olmaması və ümumi məsuliyyətsizlik sürüşməni qaçılmaz edib:

“Ərazi düzgün seçilməyib, yamac çox meyillidir. 9 mərtəbəli bina da var. Əgər hadisə vaxtı ərazidə nəqliyyat vasitəsi olsaydı, ciddi fəsadlar yarana bilərdi. Ən vacib məsələ burada su borularının vəziyyəti və suvarmaya nəzarətsizlikdir. Qısa zamanda su təsərrüfat sistemi yenilənməli və müasir borularla əvəzlənməlidir”.

Ə.Əliyev bildirib ki, icra hakimiyyəti mütəxəssislərin təklifləri qeydə alıb, məsələnin həlli istiqamətində birgə iş aparılacaq.

Qeyd edək ki, bu gün Əhmədli qəsəbəsində sürüşmə olub. Hadisə nəticəsinə xəsarət alan olmayıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr