AZ

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.

“İki sahil” "A Haber"ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.

Nazir məlumat verib ki, 4 hərbçinin nəşi təyyarənin pilot kabinəsində aşkarlanıb.

Həmçinin, digər iki hərbçinin nəşinin axtarılması yönündə işlərin davam etdiyi bildirilib.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Seçilən
10
9
ikisahil.az

10Mənbələr