AZ

Ermənistanla bağlı ŞOK AÇIQLAMA

Ermənistanın dövlət borcu 2018-ci ildən bu yana 80% artıb, lakin “ikiqat olmayıb”.

Musavat.com xəbər verir ki, bu açıqlamanı parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Vahe Ovannisyan səsləndirib.

Erməni nazir yerli müxalifətin tənqidinə cavab olaraq bildirib ki, əgər hökumət xərcləri 2018-ci ilin səviyyəsinə endirsəydi, dövlət borcunu cəmi il yarım ərzində ödəyə bilərdi:

“2018-ci ildən yığılan borcu ödəməyə qərar versək, dövlət xərclərini 58% azaltmalı olarıq”.

Ovannisyan əlavə edib ki, bu halda müdafiə xərcləri 65%, təhsil 60%, sosial sahə 54% azalardı.

Musavat.com

 

Seçilən
24
musavat.com

1Mənbələr