AZ

Oskar xəstəxanalıq oldu

“Çelsi”nin və Braziliya yığmasının keçmiş futbolçusu Oskar trenajorda məşq edərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçiyə ürək xəstəliyi diaqnozu qoyulub.

Hadisə çərşənbə axşamı “San-Paulo”nun məşqində baş verib. Hazırda həkimlərin nəzarəti altında xəstəxanada qalan Oskarın karyerasını başa vura biləcəyi də istisna edilmir.

O, Çinin “Şanxay Port” klubundan doğma komandasına qayıtdıqdan sonra 21 oyun keçirib və avqustda aldığı zədə səbəbindən meydana çıxa bilməyib. Braziliyaya qayıtdıqdan sonra tibbi müayinə zamanı futbolçuda ürək problemləri aşkarlandığı bildirilib. Lakin buna baxmayaraq həkimlər onun karyerasını davam etdirməsinə icazə veriblər.

Qeyd edək ki, Oskar “Çelsi”nin heyətində iki dəfə İngiltərə çempionu və Avropa Liqasının qalibi olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 12 qola müəlliflik edib.

Seçilən
20
msport.az

1Mənbələr