"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən "Sky Sport Germany"nin jurnalisti Florian Plettenberq yayıb.
Mənbə orta xətt oyunçusunun xidmətində "Mancester Yunayted"in maraqlı olduğunu vurğulayıb. Məlumata görə "meşəbəyilər" 22 yaşlı futbolçunu 100-120 milyon funt sterlinqdən (114-134 milyon avro) aşağı qiymətə satmaq niyyətində deyillər.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 14 matça çıxan Anderson 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Nihat