BAKI, 12 noyabr. TELEQRAF
“Barselona”nın prezidenti Joan Laporta sabiq hücumçu Lionel Messi haqqında danışıb.
Teleqraf xəbər verir ki, Laporta ulduz futbolçu baraədə "Mundo Deportivo"ya açıqlama verib. :
“Bütün işlər istədiyimiz kimi alınmadı. Əgər hörmət göstərmək bir şəkildə görülməyənləri düzəldə bilsəydi, bu yaxşı olardı. Messinin klubda oyunçu kimi qayıda biləcəyi barədə fərziyyələr yersizdir” - deyə, Laporta qeyd edib.
Qeyd edək ki, Messi 2003–2021-ci illərdə “Barcelona”nın heyətində çıxış edib. Bu müddət ərzində hücumçu 778 matçda 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Messi 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya Kubokunu qazanıb və 4 dəfə Çempionlar Liqasını qazanıb.