Barselonada yaşayan immiqrantların ümumi sayı şəhər əhalisinin 31 faizindən çoxunu təşkil edir. Bu, təxminən hər üç sakindən birinin əcnəbi olması deməkdir.
"Operativ Məlumat Mərkəzi-OMM" “El Mundo” qəzetinə istinadən xəbər verir ki, 2000-ci ildə bu göstərici cəmi 5 faiz idi.
Hazırda isə şəhərin 1,7 milyon sakini var və bu, son 40 ilin ən yüksək rəqəmidir. 25–39 yaş arası qrupda əcnəbilərin payı artıq ispanlarınkını ötüb.
Hazırda Barselonada 183 millətin nümayəndəsi yaşayır. Onların əsas hissəsi Argentina, Venesuela, Honduras, İtaliya, Çin, Kolumbiya, Mərakeş, Pakistan, Peru və Ekvadordan gələnlərdir.
Qeyd edək ki, daha əvvəl İspaniyanın Milli Statistika İnstitutu ölkə əhalisinin 1 oktyabr 2025-ci il tarixinə 49,4 milyonu keçdiyini açıqlamışdı. Demoqrafik artım əsasən xaricdə doğulanların hesabına baş verir – hazırda İspaniyada 9,8 milyondan çox immiqrant yaşayır.