Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib.Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət cavab almadığından onların arasında insident baş verib. E.Süleymanov qızın telefonla kiminləsə danışmaq istədiyini görərək ona hücum edib və mobil cihazı əlindən almağa çalışıb.
ƏtraflıAytənin orada işləyən şəxslərdən kömək istəməsindən sonra həmin şəxs saxlanılıb. Polis onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərib.Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə E.Süleymanov 9 sutkalıq inzibati həbs edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.