AZ

Bakıda manevr edən sürücü ağır QƏZA TÖRƏTDİ

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib. "Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan bu qəzadan da görünür ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi baş verir.

Bir daha xatırladırıq ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsi tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir. Həmçinin vurğulanır ki, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunda o da qeyd olunur ki, siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir", - deyə müraciətdə bildirilib.

Seçilən
13
4
Ajans.az

8Mənbələr