AZ

Qəzaya uğrayan hərbi yük təyyarəsinin son 4 gündə həyata keçirdiyi uçuşlar

Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Türkiyəyə qayıdan və Gürcüstanda, sərhədə yaxın ərazidə qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin son dörd gündə həyata keçirdiyi uçuşlar açıqlanıb.

Hafta.az Türkiyə Müdafiə Sənayesi Nazirliyinin məlumatına istinadən xəbər verir ki, təyyarə noyabrın 8-də Sivas-Gəncə, Gəncə-İstanbul, İstanbul-Kayseri; noyabrın 10-da Kayseri-Gəncə, Gəncə-Kayseri; noyabrın 11-də isə Kayseri-Gəncə marşrutu ilə uçub. Sonuncu dəfə noyabrın 11-də Gəncədən havaya qalxaraq Türkiyəyə istiqamət götürüb.

Qəzadan sonra sosial mediada "C-130" təyyarəsinin yaşı məsələsi gündəmə gəlib.

Bildirilir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" təyyarələrinin, təxminən, 50 yaşı var. Təyyarələrə müntəzəm texniki qulluq göstərilir, onların yaxşı konstruktiv vəziyyətdə olduğu və uçuşa heç bir maneə olmadığı deyilir. Vurğulanır ki, Türkiyə Böyük Britaniyadan daha müasir "C130J" təyyarələri almağa başlayıb.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Seçilən
12
1
hafta.az

2Mənbələr