AZ

“Faciə ilə bağlı ilkin rəyləri gözləmək vacibdir” Elçin Mirzəbəyli

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Əgər biz “bir millət, iki dövlət” deyiriksə, o zaman şəhidlərimiz də birdir və təbii ki, Azərbaycan xalqı baş verənlərdən dərindən üzgündür. Bu, böyük faciədir. Şübhəsiz, önəmli bir gündən sonra baş verən hadisə bu faciənin daha çox diqqət mərkəzində olmasına səbəb olur və müxtəlif konspiroloji nəzəriyyələr ortaya çıxır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Təəssüf ki, belə faciələr zamanı ön plana çıxan “fəlakət dəllaları” arasında peşəkar ekspertlər və hətta jurnalistlər də olur.

Müxtəlif nəzəriyyələr irəli sürmək olar, amma birinci növbədə bu prosesdə mütəxəssis rəyi vacibdir. Tam dəqiq diplomatik mənbələrdən və ya hadisə yerindən əldə olunan informasiyalar təhlil olunmadan, baş verənlər haqqında konkret fikir söyləmək çətindir. Təyyarənin funksiyası və yerinə yetirdiyi missiya məlumdur, həmçinin məlumdur ki, sonuncu dəfə 2020-ci ildə əsaslı təmir edilmişdir.

5 il təyyarənin istismarı üçün, əsaslı təmirdən sonra böyük zaman kəsiyi sayılmır. Hazırkı şəraitdə hansısa kənar müdaxilə ilə bağlı konkret fakt yoxdur. Əgər belə fakt aşkar olunmasa, təbii ki, qəza texniki nasazlıq nəticəsində baş verə bilər.

Bütün hallarda ilkin rəyləri gözləmək vacibdir. Təstiqlənərsə ki, kənar müdaxilə olmayıb, proses daha uzun müddət davam edəcək. Qara qutunun araşdırılması və digər məlumatların təhlili nəticəsində obyektiv reallıq ortaya çıxacaq.

Amma bütün hallarda bu böyük faciədir. Təəssüf ki, ən gözəl günlərimizdə bizimlə bir yerdə olan dəyərli insanlar və mütəxəssislər şəhid olublar”.

Gülxanım

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr