
Avropa ilə Rusiya arasında müharibə ehtimalı getdikcə artır.
Reyting.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Fransa Baş Qərargah rəisi general Fabien Mandonun “Pink” telekanalındakı çıxışını şərh edərkən deyib.
Qeyd edək ki, general Fabien Mandon Fransa ordusunun növbəti 3–4 il ərzində Rusiya ilə mümkün müharibəyə hazır olması zərurətini vurğulayıb.
“Biz çox çətin vəziyyətdəyik və çıxış yolu tapmalıyıq. Digər tərəfdən, ordunu gücləndirməyə davam etməliyik. Özümüzü ağıllı şəkildə silahlandırırıq və ölkəmizin müdafiəsi üçün əhəmiyyətli sərmayələr qoymaqda davam edəcəyik”, - deyə Serbiya prezidenti bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Britaniya ordusunun Rusiya ilə “hibrid müharibəyə” girdiyi bildirilmişdi.
Bundan əlavə, Kral Hərbi Hava Qüvvələri Alayının (RAF Alayı) şəxsi heyəti Belçika hökumətinə dəstək məqsədilə materikə göndərilib. Onların vəzifəsi Belçikanın hava məkanını, hava limanlarını və mühüm milli infrastruktur obyektlərini naməlum, lakin potensial olaraq Rusiya mənşəli dronlardan qorumaqdır.
E. KAMAL