AZ

Alimdən mühüm təklif: Türkiyə Azərbaycan Qardaşlıq Anıt Muzeyi yaradılsın

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Zəfər Paradında hər addım, hər baxış, hər çıxış qardaşlığın, sədaqətin və vəfanın təntənəsi idi".

Telman Nüsrətoğlu: "..və dönüş yolunda qəhrəmanlarımız əbədiyyətə uçdu"

"Tarix Azərbaycan-Türkiyə qardaşlığını alın yazımıza çevrilən çətin günlərin fədakarlıqları, şəhidlərimizin qanı ilə yazır". 

Bu barədə Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib. 

Alim bildirib ki, Azərbaycan varlıq- yoxluq mübarizəsi verəndə Qafqaz İslam Ordusu xilaskar kimi gəldi: 

"Ondan əvvəl Balkan müharibəsində Çarlıq müstəmləkəsi altında yaşasa da, "yeganə nicatımız Osmanlının dim-dik ayaqda durmasından keçər" deyən Azərbaycan türklərindən ibarət könüllülər Osmanlının, qardaşlarının səfinə tələsmişdi. Birinci Dünya Müharibəsində Nargindəki Osmanlı əsirlərinə Azərbaycanda göstərilən qardaş köməyi, sevgisi ayrı bir dastan, qürur tariximizdir. 

Yüz il keçdi, o ruh dəyişmədi. Qarabağ müharibəsində Türkiyə ürəyi, bütün varlığıyla Azərbaycanın yanında dayandı. Azərbaycan isə Türkiyədə zəlzələ və yanğınlar olanda qardaşını tək buraxmadı. Maraşla, Hatayla ağladı. Ürəyimizə birlikdə ağrı düşdü. Bu, sadəcə dəstək deyil, ürəklərin bir-birinə sarıldığı, ruhların qovuşduğu həqiqi qardaşlıqdır. Bakıda keçirilən Zəfər Paradında hər addım, hər baxış, hər çıxış bu qardaşlığın, sədaqətin və vəfanın təntənəsi idi. Və dönüş yolunda qəhrəmanlarımız əbədiyyətə uçdu". 

T.Nüsrətoğlu təklif edib ki, bu ruhu və tarixi yaşatmaq, gələcək nəsillərə anlatmaq üçün Bakı və Ankarada Türkiyə-Azərbaycan Qardaşlıq Anıt-Muzeyi yaradılsın: 

"Bu Anıt- Muzeydə Qafqaz İslam Ordusu, Balkan könüllüləri, Nargindəki əsirlər, Qarabağ müharibəsi, zəlzələ və fəlakət zamanlarındakı qarşılıqlı dəstək sənəd, foto və interaktiv sərgilərlə əbədiləşdirilsin. Muzeyin şəhidlər və fədailərimizin ruhuna həsr olunmuş Qardaşlıq Salonunda Türk dünyasının birliyinə yönəlmiş ən önəmli toplantılar, konfranslar həyata keçirilsin. Anıt- muzey hər iki ölkənin Şəhid övladları üçün Qardaşlıq Təqaüdü kimi anlamlı projeləri də həyata keçirsin. Bakı və Ankara muzeyləri virtual olaraq bir-birinə bağlı olsun. Keçiriləcək sərgilər, teatr və sənət tədbirləri iki qardaş xalqın birliyini hər addımda hiss etdirsin. Bu muzey yalnız şanlı keçmişimizi, qürur tariximizi xatırlatmayacaq. Gələcəyə fədai ruhu, şəhid qanı ilə yoğrulan qardaşlığın, tək millət şüurunun da yolunu göstərəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
sherg.az

1Mənbələr