ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
MHP sədri Dövlət Baxçalı, qəzaya uğrayan yük təyyarəsində şəhid olan hərbçilərlə bağlı başsağlığı mesajı yayıb. O, hadisənin bütün aspektləri ilə araşdırılacağını bildirib.
Sherg.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus yük təyyarəsində şəhid olan 20 hərbi qulluqçu ilə bağlı yazılı açıqlama verən MHP lideri qeyd edib:
“Rəsmi açıqlama ictimaiyyətlə paylaşılmadan, təyyarənin qəzaya düşməsinə səbəb olan əsas amillər üzə çıxarılmadan irəli sürülən hər iddia yalnız fərziyyə olacaq, deyilən hər söz isə əsassız və dəyərsiz qalacaq.”
“Özünü ekspert kimi göstərib xalqımızın zehnini qarışdırmağa, məqsədli və zərərli şəkildə dedi-qodu yaymağa, gərginlik yaratmağa cəhd edən bəzi məsuliyyətsizlərin davranışları izahı olmayan ciddi bir yanlış kimi dəyərləndiriləcək,” – deyə Baxçalı bildirib.
MHP lideri şəhid ailələrinə və Türk millətinə başsağlığı diləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.