Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“İki dövlət, bir millət” gerçəyi həm səngərdə, həm göydə, həm də könlümüzdə birdir, bölünməzdir".
"Qardaş Türkiyənin Milli Müdafiə Nazirliyinə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, qardaş ölkənin bu acı hadisədə həlak olan əziz hərbçilərinin itkisi bizim üçün də ağır dərddir:
"Azərbaycanın dövləti, xalqı kimi bizim hər birimiz bu ağrını türk xalqı ilə birgə hiss edir, şəhid olan qardaşlarımızın əziz xatirəsinə dərin ehtiramımızı bildiririk. Bu faciə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə yalnız sevinclərində deyil, kədərlərində də bir-birinə dayaqdır. “İki dövlət, bir millət” gerçəyi həm səngərdə, həm göydə, həm də könlümüzdə birdir, bölünməzdir. Qardaş ölkənin şəhid olan hərbçilərinə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı veririk. Başın sağ olsun, Türkiyə!".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.