Bakı, 12 noyabr, AZƏRTAC
Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb. Bunların 50-si artıq tamamlanıb və təhvil verilib. Onlardan 5-i tammetrajlı filmdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov noyabrın 12-də parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə, Qarabağa həsr edilib. Eyni zamanda, hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin də çəkilişi davam edir.