AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Mehdiyeva DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – İspaniya oyununun FIFA komissarı olacaq.
E qrupunun qarşılaşması Tiflisdə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq. Noyabrın 15-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

