AZ

"Sabah"ın sabiq hücumçusu İsrail klubuna keçdi

style='margin-bottom:10px;'>

"Sabah"ın keçmiş hücumçusu Emmanuel Apehin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, nigeriyalı futbolçu İsraildə çıxış edəcək.

O, aşağı liqa təmsilçisi “SK Kiryat Yam”na keçib. Klubun mətbuat xidməti Apehlə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2022-2024-cü illərdə “Sabah”ın çıxış edən 29 yaşlı forvard Azərbaycandan ayrıldıqdan sonra Misirin “İttihad Aleks” klubuna keçmişdi.

Seçilən
33
teleqraf.com

1Mənbələr