AZ

Tramp BBC-ni məhkəməyə verəcək?

ABŞ Prezidenti Donald Tramp BBC-ni onun çıxışını “səhv təqdim etdiyinə” görə məhkəməyə vermək niyyətində olduğunu bildirib.

XəzərNews.az xəbər verir ki, Tramp “Fox News”a açıqlamasında BBC-nin “Panorama” proqramında 6 yanvar 2021-ci il çıxışının “saxtalaşdırıldığını” deyib.

Onun sözlərinə görə, çıxışın hissələri dəyişdirilərək elə göstərilib ki, guya o, Kapitoli basqınını təşviq edib.

Tramp BBC-dən rəsmi üzr və 1 milyard dollar təzminat tələb edib. BBC isə məktubun araşdırılacağını və yaxın zamanda cavab veriləcəyini bildirib.

BBC-nin sədri Samir Şah hadisəni “səhv qərar” adlandırıb, baş direktor Tim Deyvi və xəbərlər rəhbəri Debora Törness isə istefa veriblər.

Hadisə Britaniyada BBC-nin qərəzsizliyinə dair ciddi suallar doğurub.

Xəbər 5 dəfə oxunub.
Seçilən
84
48
xezernews.az

10Mənbələr