AZ

Zığ–Hövsan kanalizasiya kollektorunun inşasına başlanılıb (FOTO)

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə OlanObyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yenikanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyiciqurğuların tikintisi layihələrinə başlayıb.

Trend xəbərverir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin ekoloji vəziyyətininyaxşılaşdırılması və kanalizasiya-infrastrukturununmüasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdənbiri də Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihəçərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektorxəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasosstansiyasının qurulması planlaşdırılır.

Bu layihə nəticəsində “Şəhərkənarı” kanalizasiya kollektorununistismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantısularının idarə olunması prosesi daha səmərəli və təhlükəsizşəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasınınekoloji durumunun qorunmasına mühüm töhfə verəcək.

Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi,eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqudqəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalininkanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcudproblemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturudaha dayanıqlı sistemə çevriləcək.

Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikintiişlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlərmərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara vətəhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.

Zığ–Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotuneltexnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr,xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiyaşəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdəqurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinəşərait yaradır.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantısuların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, suhövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmətedəcək.

Zığ–Hövsan
Zığ–Hövsan
Zığ–Hövsan
Zığ–Hövsan
Seçilən
16
26
az.trend.az

10Mənbələr