AZ

Qulu Məhərrəmli: “Ramiz Mehdiyev son 30 illik Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

Jurnalist Qulu Məhərrəmli Künc-Bucaq TV-də yayımlanan “Nadir vaxt” verilişində diqqətçəkən açıqlamalar verib.

Kulis.az-ın məlumatına görə, o bildirib ki, adı çəkilməsə də, Ramiz Mehdiyevlə bağlı çıxışlar mediada həmişə yayımlanıb.

O, Ramiz Mehdiyevin fəaliyətini demokratik prinsiplərə zidd adlandırıb.

Məhərrəmli vurğulayıb ki, istintaq materialları mediaya xəsisliklə təqdim olunduğuna görə şayiələr və uydurmalar çox yayılıb.

Onun sözlərinə görə, Ramiz Mehdiyev son 30-35 illik Azərbaycan tarixinin bətnindəki “şişdir” və mütləq götürülməlidir.

Jurnalist həmçinin Mehdiyevin əlindəki imkanlardan danışıb:

"Bəzilər deyir ki, elmi kommunizmlə bağlı 30-a yaxın kitab yazıb. Birbaşa akademik seçmişdilər. Onun əlində hədsiz imkanlar var idi. Mən televiziyada işlədiyim üçün bunları görürdüm. Canlı reportaj vaxtı kimsə deyirdi ki, o sözü elə yox, belə demək lazımdır. Məsələn, deyirdi ki, “Milli Azadlıq Hərəkatı” yox, “Milli Hərəkat” yazın.

Qulu Məhərrəmli çıxışında keçmiş sovet rəhbəri Xruşşov dövründən nümunə gətirərək deyib:

"Belə söhbətlər aktuallaşanda çox vaxt deyirlər ki, hünərin var idi vaxtında danışa idin. O vaxt Xruşşov çıxışı zamanıStalinlə bağlı şəxsiyyətəpərəstişliyi pisləyəndə zalda bir nəfər deyir ki, bunu vaxtında demək lazım idi. Xruşşov zala müraciət eləyir ki, kim idi o. Heç kimin səsi çıxmır. Sonra Xruşşov da deyir ki, baxın, buna görə biz də heç nə deyə bilmirdik".

Seçilən
15
2
kulis.az

3Mənbələr