AZ

"Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi"

Ermənistanın Baş naziri Nikol Paşinyan 2018-ci il inqilabı ilə bağlı açıqlamasında bildirib ki, sabiq Baş nazir Karen Karapetyan o dövrdə Serj Sarkisyanın tapşırığı ilə onunla görüşərək hərəkatın dayandırılması və onun azadlığa buraxılması təklifini verib.

Milli.Az xəbər verir ki, Paşinyanın sözlərinə görə, ona Baş nazirin müavini postu təklif olunmayıb: "Belə bir danışıq olmayıb və mən bu mövzunun müzakirəsinə belə icazə verməzdim".

Paşinyan qeyd edib ki, Karapetyan bir neçə dəfə geri dönərək Sarkisyanın istefasını Frankofoniya sammitindən və ya iyun ayında verməsini təklif edib, lakin o, hər dəfə "yox" cavabı verib və "Serj Sarkisyan bu gün getməlidir" deyib.

Milli.Az

Seçilən
65
9
milli.az

10Mənbələr