AZ

Dezinformasiyaya qarşı ayıq olun Ərdoğandan ÇAĞIRIŞ

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Millətimiz bundan əmin olsun ki, Türkiyə Cümhuriyyəti Gürcüstan və Azərbaycanla bərabər bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edib. Ərazidəki işlərə anbaan nəzarət edirik”.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğan hadisə ilə əlaqədar Türkiyə vətəndaşlarına da çağırış edib: “Mən xüsusilə xalqımızı yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmağa çağırıram. Onları xüsusən də sosial şəbəkələrdə çirkin siyasət naminə belə bir hadisədən sui-istifadə edəcək qədər alçalanlara inanmamağa çağırıram”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
7
redaktor.az

6Mənbələr