AZ

Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib.

İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforların yenisi ilə əvəz edilməsi işləri görülür.

Seçilən
23
3
moderator.az

8Mənbələr