AZ

Konstitusiyamızın prinsiplərini həyatın bütün sahələrində reallaşdırırıq Millət vəkili

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində ən əlamətdar günlərdən biridir. Bu tarixi gün müstəqil Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi inkişaf yolunu müəyyənləşdirən, xalqın iradəsini ifadə edən, dövlətçiliyimizin ideya-siyasi və hüquqi əsaslarını təsbit edən Əsas Qanunumuzun qəbul olunduğu gündür. Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edillib. Bu, müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişafına, cəmiyyətin demokratikləşməsinə və sabitliyin bərqərar olmasına möhkəm təməl yaratmış tarixi hadisədir. Ulu öndərin rəhbərliyi ilə hazırlanan bu mükəmməl sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərinə və müasir dünyanın sivil prinsiplərinə söykənib".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Prezident İlham Əliyev bu gün Ümummilli liderin müəyyən etdiyi dövlətçilik xəttini uğurla davam etdirərək, Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, demokratik idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Ölkəmizdə həyata keçirilən konstitusiya islahatları, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatına yönəlib:

"Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə və 2023-cü ildə ərazi bütövlüyümüzün tam bərpası nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olunmuşdur. Bu reallıq Ulu Öndərin bəyan etdiyi əsas məqsədlərdən biri olan dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin parlaq təzahürüdür. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu baxımdan böyük rəmzi və siyasi əhəmiyyət daşıyır. Bu il həm Konstitusiyamızın qəbulunun 30-cu, həm də Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə təsadüf edir. Bu yubiley, müstəqil dövlətimizin hüquqi, siyasi və mənəvi sütunlarını daha da möhkəmləndirən, milli birliyimizi gücləndirən əlamətdar hadisədir. Biz bu gün Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsiplərini həyatın bütün sahələrində reallaşdırırıq. Bu münasibətlə xalqımızı səmimi-qəlbdən təbrik edir, hər bir vətəndaşımıza dövlətçiliyimizin dayağı olan Konstitusiyamıza sadiqlik və ölkəmizin daha da qüdrətli gələcəyi naminə fəaliyyətində uğurlar arzulayıram".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
525.az

1Mənbələr