AZ

"Qara qutu" tapılıb və onun araşdırılmasına başlanılıb"

"Gürcüstanda qəzaya uğramış Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəza yerində “qara qutu” tapılıb və onun tədqiqinə başlanılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hadisə barədə məlumat alınar-alınmaz, milli müdafiə nazirimiz, eləcə də daxili işlər və xarici işlər nazirlərimiz aidiyyəti tərəflərlə əlaqə saxladılar. Axtarış-xilasetmə işləri dərhal başladı. Gürcüstan rəsmiləri ilə əməkdaşlıq çərçivəsində axtarışlara dərhal pilotsuz uçuş aparatlarımız cəlb olundu. Həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat aldıq. Qalıqların aşkarlandığı ərazi mühasirəyə alındı. Təyyarəmizin "qara qutu"su tapılıb və onun araşdırılmasına başlanılıb”, - deyə dövlət başçısı qeyd edib.

O həmçinin bildirib ki, 19 nəfərin cəsədi tapılıb, sonuncu şəhidin cəsədinin axtarışları isə davam edir.

Seçilən
8
operativmm.az

1Mənbələr