AZ

Avstraliya beynəlxalq tələbə siyasətini dəyişdi

Avstraliya Hökuməti beynəlxalq tələbələrin qəbul siyasətində yeni dəyişiklik edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qəbul olunan Ministerial Direction 115 adlı yeni direktiv 14 noyabrdan qüvvəyə minəcək. Sənədin məqsədi ölkədə beynəlxalq tələbələrin paylanmasında balans yaratmaq və tələbə axınını yalnız böyük şəhərlərdəki universitetlərdə deyil, həm də regional təhsil müəssisələrində bərabər şəkildə yönləndirməkdir.

Yeni qaydalar Avstraliyanın ali təhsil sektorunda resursların ədalətli bölünməsini və regionlarda yerləşən universitetlərin inkişafını stimullaşdırmağı hədəfləyir. Rəsmilər bildirirlər ki, bu addım həm tədris keyfiyyətinə, həm də beynəlxalq tələbələrin yaşayış və iş şəraitinə müsbət təsir göstərəcək.

Seçilən
15
azedu.az

1Mənbələr