AZ

Tural Vəliyev mer müavini təyin olundu

Gürcüstanın Bolnisi rayonunun meri Zamur Çitanavaya üç müavin təyin olunub.

 

Bu barədə Bolnisi bələdiyyəsinin Şəhər Şurasından bildirilib.

 

Məlumata əsasən, Aleksandre Zabaxidze merin birinci müavini, Valentina Naveriani və Tural Vəliyev isə müavinləri vəzifələrinə təyinat alıblar.

 

Vəliyev ixtisasca hüquqşünasdır, müxtəlif qurumlarda iş təcrübəsinə malikdir. O, 2021-2025-ci illərdə Dmanisi merinin köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Zamur Çitanava bu ilin oktyabrın 4-də keçirilmiş yerli seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq Bolnisi meri seçilib.

 

APA

Tarix: 12 Noyabr 2025, 16:43   
Seçilən
11
7
pravda.az

8Mənbələr