AZ

ABŞ-ın Venesuelaya qarşı hava əməliyyatı: Bu silahlardan istifadə edib

ABŞ ordusu Venesuela sahillərindəki qayıqlara hücum etmək üçün döyüş dronları və qırıcı təyyarələrdən istifadə edir.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələrin əksəriyyəti uzaqdan idarə olunan və adətən “Hellfire” raketləri ilə silahlanmış “MQ-9 Reaper” dronları vasitəsilə həyata keçirilir.

Mənbə qeyd edib ki, amerikalılar həmçinin pilotlu təyyarələr, xüsusilə “F-35” qırıcıları və “AC-130J” hücum təyyarələrindən də istifadə ediblər.

CNN yazıb ki, ABŞ qüvvələrinin bir hissəsi Puerto-Rikodakı hərbi bazadan köçürülüb və əməliyyat bölgəsinə yönləndirilib.

Seçilən
32
publika.az

1Mənbələr