AZ

"ABŞ Ukraynaya silah və sursatı öz hesabına verməyi dayandırıb" - Tramp

ABŞ Ukraynanı silah və sursatla təmin etməyi artıq öz hesabına maliyyələşdirmir.

Missiya.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu jurnalistlərlə görüş zamanı deyib.

Tramp bildirib ki, ABŞ hazırda Ukraynaya tədarük edilən silah və sursata görə NATO-dan maliyyə alır. “Biz artıq Ukraynaya pul xərcləmirik”, – deyə o qeyd edib.

Prezident əlavə edib ki, onun səyləri sayəsində Ukrayna müharibəsi dünya müharibəsinə çevrilmək təhlükəsi ilə üz-üzə qalmayıb. Tramp həmçinin vurğulayıb ki, əgər o vaxt ABŞ prezidenti olsaydı, Ukrayna müharibəsi baş verməzdi.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr