"Arsenal" və "Çelsi" "Milan"ın hücumçusu Rafael Leaonu transfer etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Portuqaliyalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyi düşünür. "Arsenal" 75 milyon funt sterlinq (təxminən 85 milyon avro) dəyərində təklif hazırlayıb. "Çelsi" isə hələlik qış transfer pəncərəsi üçün qərar verməyib, baxmayaraq ki, yayda futbolçunun transferini 100 milyon funt (113 milyon avro) səviyyəsində qiymətləndirirdi.
Mənbələrin bildirdiyinə görə, Leao özü də İngiltərəyə keçid ideyasına müsbət yanaşır. "Transfermarkt" portalına əsasən, futbolçunun hazırkı bazar dəyəri 70 milyon avrodur. Onun "Milan"la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.