AZ

Gürcüstan tərəfinin araşdırmaya cəlb olunması əhəmiyyətlidir ŞƏRH

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Gürcüstan sərhədi yaxınlığında Gəncədən Türkiyəyə uçan yük təyyarəsinin qəzaya uğraması region üçün diqqətəlayiq hadisədir. Bu hadisə həm təhlükəsizlik, həm də logistika baxımından strateji əhəmiyyət daşıyır”.Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanl deyib.O əlavə edib ki, qəzanın Gürcüstan sərhədinə cəmi bir neçə kilometr məsafədə baş verməsi regiondakı nəqliyyat marşrutlarının həssaslığını göstərir:“Azərbaycan-Türkiyə hava və yük əlaqələri bölgənin iqtisadi inteqrasiyasında mühüm rol oynayır. Bu marşrutda hər hansı fasilə regional ticarət axınlarına da təsir göstərə bilər. Hadisənin səbəbləri tam aydınlaşmadan fərqli versiyaların yayılması siyasi spekulyasiyalara yol aça bilər. Bu səbəbdən rəsmi qurumların koordinasiyalı və şəffaf şəkildə istintaq aparması vacibdir. Gürcüstan tərəfinin də araşdırmaya cəlb olunması regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Hadisə aviasiya təhlükəsizliyi standartlarının yenidən nəzərdən keçirilməsini zəruri edə bilər. Qəza texniki nasazlıqla bağlı olsa belə, onun siyasi kontekstdə qiymətləndirilməsi qaçılmazdır. Regionda artan logistik əməkdaşlıq fonunda belə hadisələr risklərin azaldılması üçün dərs kimi qəbul edilməlidir. Qəza regional təhlükəsizlik və nəqliyyat sabitliyinə dair ciddi siqnal sayılır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
demokrat.az

1Mənbələr