AZ

İslandiya millisinin futbolçusu: Azərbaycanla oyuna yaxşı köklənmişik

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 noyabr, AZƏRTAC

İlk oyunda qazandığımız 5:0 hesablı qələbə bizdə arxayınçılıq yaratmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslandiya millisinin futbolçusu Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, sabah çətin oyunun olacağını bildirib: “Matça yaxşı köklənmişik. Rəqibə ciddi yanaşırıq. Uğurlu nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan-İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
azertag.az

2Mənbələr