AZ

Xətai rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində işıqfor yararsız vəziyyətə düşüb

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-si səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib.

İlkin ehtimala görə, qəza sürücünün diqqətsizliyi nəticəsində baş verib.

Hazırda NİİM işıqforun yenisi ilə əvəz edilməsi üçün tədbirlər görür.

 

 

Seçilən
17
2
azertag.az

3Mənbələr