AZ

"Şəhidlərimizin nəşi Türkiyəyə gətiriləcək" - Bürhanəddin Duran

"Axtarış-xilasetmə və qəza araşdırma qrupları Azərbaycan-Gürcüstan sərhədində təyyarəmizin qəzaya uğraması ilə bağlı işlərini davam etdirir".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran bildirib.

"Əziz şəhidlərimizin cənazələri axtarış-xilasetmə və qəza araşdırma qrupumuzu Gürcüstana aparan A-400M təyyarəsində ölkəmizə gətiriləcək.

Dağıntıların axtarış-xilasetmə işlərinin əvvəlindən bütün resurslarını səfərbər edərək, sürətli reaksiya və dəstəyə görə Gürcüstan hakimiyyətinə təşəkkür edirik.

Məsələ ilə bağlı yenilikləri paylaşmağa davam edəcəyik", - deyə Türkiyə rəsmisi qeyd edib.

T.İSMAYIL

Seçilən
35
3
redaktor.az

4Mənbələr