AZ

Diplomatiyada yumor: Şaraya ətir vuran Trampın bu sualı gülüş yaratdı

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd Şaraa arasında Ağ Evdə keçirilən tarixi sammit iki ölkə münasibətlərində yeni səhifə hesab edilib.

Turkustan.az xəbər verir ki, lakin görüşün sonundakı yumoristik fikir mübadiləsi diplomatik tarixə rəngarəng qeyd oldu.Görüşdən sonra hədiyyələrin təqdimatı zamanı ABŞ prezidenti Tramp Şəraya xüsusi hazırlanmış ətir şüşəsi hədiyyə edib. Tramp ikinci şüşəni qaldıraraq gülümsəyərək soruşdu: "İkincisi həyat yoldaşınız üçündür. Neçə arvadınız var?" Suriya prezidenti Şaraa diplomatik lütflə “Əlbəttə, bir” cavabını verib.Növbə ona çatanda Şəra Trampa Suriya mədəni artefaktının əl istehsalı surətini hədiyyə edib. Daha sonra o, Trampın zarafatına eyni tonda cavab verib: "İkinci parça birinci xanım üçündür. Bəs sizin neçə arvadınız var?"Tramp bu sözlərə gülərək “Hələlik bir” cavabını verib.İki liderin səmimi rəftarı sammitin rəsmiliyinə qısa möhlət verdi. Beynəlxalq mətbuatda geniş işıqlandırılan bu mübadilə “diplomatiyada yumorun gücü” kimi qələmə verilirdi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr