İngiltərə millisinin və “Çelsi”nin futbolçusu Rahim Sterlinq dəhşətli anlar yaşayıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun evi özü və uşaqları evdə olduğu zaman qarət edilib.
Hadisə zamanı heç kim xəsarət almasa da, maddi zərər böyükdür.
İlkin məlumatlara görə, naməlum şəxslər Rahimin evinə gecə saatlarında daxil olublar. Təhlükəsizlik kameralarının qeydlərinə baxmayaraq, hazırda heç bir şübhəli şəxs saxlanılmayıb.
Bu, Sterlinqin evinə ilk basqın deyil. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı da onun evi silahlı şəxslər tərəfindən qarət olunmuşdu. O zaman futbolçu ailəsinin təhlükəsizliyi üçün millinin düşərgəsini tərk edərək təcili şəkildə İngiltərəyə qayıtmışdı.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və futbolçunun evinin təhlükəsizlik sisteminin yenilənməsi tövsiyə edilib.
Kamil Xudiyev