Bakı, 12 noyabr, Aysel Azadqızı, AZƏRTAC
Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. 2025–2026-cı tədris ilində 407 ümumtəhsil müəssisəsində STEAM tədris olunur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq STEAM Azərbaycan layihəsinin İctimaiyyətlə əlaqələr və kommunikasiya bölməsinin rəhbəri Gülnar Xanəliyeva məlumat verib. O bildirib ki, ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. Layihə, həmçinin işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda icra olunur.