Prezidentlər Kasım-Jomart Tokayev və Vladimir Putin arasında aparılan danışıqların yekununda Əhatəli Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb.
KONKRET.az əsas məqamları təqdim edir:
— Əməkdaşlıq siyasət, iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, rəqəmsallaşma, təhsil və mədəniyyəti əhatə edir.
— Xüsusi diqqət tranzitə, nəqliyyat dəhlizlərinə, AES (atom elektrik stansiyası) layihələrinə, IT sahəsinə, kosmos və kreativ sənayelərə yönəlib.
— Hər iki ölkə Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və digər beynəlxalq qurumlar çərçivəsində fəaliyyətlərini əlaqələndirir.
Tokayev qeyd edib: “Qazaxıstan-Rusiya münasibətlərinin potensialı çox böyükdür, birgə əməkdaşlığın nə sonu, nə də sərhədi var. Hazırda elə bir sahə qalmayıb ki, ölkələrimiz orada səmərəli əməkdaşlıq etməsin.”
Rəsmiyyə Şərifova,
KONKRET.az