Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyalar və Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq öz milli maraqlarına əsaslanan tədbirlər həyata keçirəcək.
Doğru.az xəbər verir ki, hökumət Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün effektiv olan addımları və Yaponiyanın maraqları baxımından zəruri tədbirləri qiymətləndirəcək.
Yaponiya eyni zamanda beynəlxalq ictimaiyyət və xüsusən G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Qeyd olunur ki, Rusiya daha əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamura da daxil olmaqla 30 Yaponiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Yaponiya ilə dialoqun ölkənin anti-Rusiya siyasətindən əl çəkdikdən sonra açılacağını bildirib.
DOĞRU.AZ