AZ

Qazaxıstan və Rusiya bir sıra hökumətlərarası sazişlər imzalayıblar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya lideri Vladimir Putinin iştirakı ilə iqtisadiyyat, nəqliyyat, kosmos, təhsil, ekologiya və təhlükəsizlik sahələrində əməkdaşlığa dair bir sıra hökumətlərarası və qurumlararası sənədlərin mübadiləsi həyata keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, əsas sazişlər arasında 2026–2030-cu illər üçün Kompleks İqtisadi Əməkdaşlıq Proqramı, üçüncü ölkələrə ixrac üçün tranzit dəmir yolu daşımaları və yüklərin aşırılması sahəsində əməkdaşlıq sənədləri, nəqliyyat təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət və "Soyuz-5" və "Bayterek" kosmik raket komplekslərinin uçuş sınaqlarının keçirilməsi üçün Qazaxıstan-Rusiya hökumətlərarası komissiyasının yaradılması yer alır.

Həmçinin Rusiyanın Aktau şəhərində Baş Konsulluğun yaradılması ilə bağlı sazişlər, xüsusi iqtisadi zonaların inkişafı sahəsində əməkdaşlığa dair memorandumlar və Qazaxıstan-Rusiya ümumtəhsil təşkilatlarının yaradılması ilə bağlı sənədlər imzalanıb.

Əməkdaşlığın mühüm hissəsi Rusiyadan Qazaxıstana Amur pələnglərinin gətirilməsinə və onların ilkin adaptasiyasına hazırlıq üzrə birgə tədbirlər planının imzalanması, eləcə də Qazaxıstanın Atom Enerjisi Agentliyi ilə Rusiyanın Ekoloji, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidməti arasında nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair memorandumun imzalanması və digər sənədlər olub.

Seçilən
22
missiya.az

1Mənbələr