Bakı, 12 noyabr, AZƏRTAC
İslandiya ciddi rəqibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib
O, matça yaxşı hazırlaşdıqlarını bildirib: “İslandiya millisinin heyətində yaxşı futbolçular var. Çətin oyun olacaq. Baş məşqçi Ayxan Abbasovun gəlişindən sonra millidə özünəinam yaranıb. Sabah da yaxşı nəticə qazana bilərik”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.