AZ

Bakıda torpaq sürüşməsi baş veribVİDEO

Bakıda torpaq sürüşməsi baş verib, avtombilə ziyan dəyib. İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər deyir ki, daha öncə belə hal baş verməyib.

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, hadisə texniki səbəblərdən baş verib. Mütəxəssislərin fikrincə, ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, su xəttində sızma baş verib. Sızma nəticəsində su müəyyən hissəyə yayıldığı üçün, torpaq yumşaq olduğundan sürüşmə müşahidə edilib. Dərhal xətt bərpa olunub və vəziyyət nəzarətə götürülüb. Digər aidiyyəti qurumlara da bu barədə məlumat verilib. Bu il icra hakimiyyəti və rayon qurumları tərəfindən ərazidə bərpa işləri aparılıb. Pənah İmanov qeyd edib ki, ərazi sürüşmə zonası deyil, sadəcə, sızma nəticəsində lokal çökmə baş verib.

“Heç bir təhlükəli proses yoxdur", - o bildirib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, baş verən sürüşmə hadisəsi ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
xezerxeber.az

1Mənbələr