Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
İtaliyanın “Yuventus” klubu ilə Türkiyə millisinin üzvü Kenan Yıldız arasında yeni müqavilə danışıqları hələlik nəticə verməyib.
Fanat.Az xəbər verir ki, gənc futbolçu illik 5 milyon avro məvacib tələb edir. Lakin Turin təmsilçisi bu məbləği yüksək hesab edir və oyunçuya 4 milyon avroluq müqavilə təklif edib.
Danışıqların yekunlaşması üçün klubun ən böyük səhmdarı Con Elkanın (John Elkann) razılığı vacib olacaq.
İtaliya mətbuatının məlumatına əsasən, Kenan Yıldızla bir sıra Avropa nəhəngləri də maraqlanır. Onunla "Real Madrid", "Barselona", "Çelsi" və "Mançester Yunayted" klublarının maraqlandığı iddia olunur.
21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Yuventus”un əsas heyətində önəmli rol oynayıb və klubun gələcəyi üçün vacib oyunçulardan biri hesab olunur. Lakin maaş tələbində razılaşma əldə olunmazsa, Yıldızın gələn yay komandadan ayrılması mümkündür.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.