Gələn il Rusiyada müəllimlərin əmək haqqının 12%, məktəbəqədər təhsil müəssisələrində çalışanların isə mək haqqının 5% artırılması planlaşdırılır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Moskva vilayətinin təhsil naziri məlumat verib. O deyib ki, ilkin mərhələdə əmək haqqı artımı Moskva vilayətində tətbiq ediləcək.
"Təhsil işçilərinin əməkhaqqı fondu 5%, müəllimlərin əmək haqqı fondu isə federal fondlar nəzərə alınmaqla 12% artır. Bir daha demək istəyirəm ki, 2025-ci il sentyabrın 1-dən bizim standartlarımız orta hesabla 13% artırılıb", - deyə nazir bildirib.
Nazirin təqdimatına əsasən, 2026-cı ildə təhsil işçilərinin əmək haqqı fondu 43 milyard rubl, məktəb müəllimləri üçün isə 91 milyard rubl təşkil edəcək.
Həmçinin qeyd olunub ki, 2026-cı ildə regionda uşaq bağçası müəllimləri üçün orta əmək haqqı 88,3 min rubl, məktəb müəllimləri 105 min rubldan çox olacaq. Kollec və universitet müəllimləri orta hesabla müvafiq olaraq 95 800 rubl və 181 600 rubl qazanacaqlar.
Mehman Mehdiyev