AZ

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Cebheinfo.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb.

Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.

"Cebheinfo.az”

Seçilən
14
19
cebheinfo.az

10Mənbələr