Karyerasını Dortmund “Borussiya”sında davam etdirən Salih Özcandan xəbər var.
Türkiyə yığmasının üzvü böyük ehtimalla qış transfer dönəmində Dortmundu tərk edəcək. Çünki hər iki tərəf bir-birindən narazıdı. Doğulduğu Köln şəhərinin eyniadlı klubunda peşəkar karyerasına başlayan 27 yaşlı futbolçu 2022-ci ildən “Borussiya”nın şərəfini qoruyur.
O, ötən mövsümün ilk dövrəsini icarə əsasında “Volfsburq”da keçirmiş və daha sonra yeni təyin olunan baş məşqçi Niko Kovaçın qərarı ilə qışda kluba qayıtmışdı. Salih heç cür əsas heyət üzvünə çevrilə bilmir. Bu mövsüm cəmi 4 rəsmi oyunda ümumilikdə 21 dəqiqə forma geymək şansı qazanmış futbolçu klubunda tam gözdən düşmüş durumdadı. Özü də onun müqavilə müddəti mövsümün sonunda bitəcək.
“Skay Sports”un yaydığı xəbərə görə, “Borussiya” Salih Özcana yeni müqavilə təklif etməyəcək. “Arılar” onunla artıq qışda vidalaşmağı planlaşdırır. Elə futbolçu özü də tezlikldə klubunu dəyişmək istəyir. Ona görə də yanvarda bu ayrılıq qaçılmaz görünür. Salihin indiki transfer dəyəri 4 milyon avro civarındadı. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan təcrübəli futbolçu indiyə qədər “Borussiya”nın heyətində 88 rəsmi oyunda forma geyərək hesabına iki məhsuldar ötürmə yazıb.
Ona ən çox sabiq klubu “Köln” maraq göstərir. “Keçilər”in qışda “Borussiya”ya rəsmi təklif irəli sürəcəyi gözlənilir. Ancaq digər tərəfdən, “Beşiktaş” da bu futbolçunu gündəmdə saxlayır. “Ağ-qaralar” bu yay da ona maraq göstərmiş, amma rəsmi təklif irəli sürməmişdilər. Qışda isə Sərgən Yalçının istəyi ilə “Beşiktaş”ın kiçik bir məbləğ qarşılığında bu transferi tamamlayacağı istisna olunmur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta